"Yuventus"un rəsmi hesabı oğurlandı: Arda Güler paylaşımı edildi

17:29 - 21 Oktyabr 2024

İtaliyanın "Yuventus" klubunun ingilis dilində olan rəsmi X hesabı oğurlanıb.

Sportal.az xəbər verir ki, səhifədə "Real"ın yarımmüdafiəçisi Arda Gülerin Turin təmsilçisinə keçdiyi ilə bağlı paylaşım edilib.

Bundan sonra "Yuventus"un mətbuat xidməti məlumat yayaraq hesabın oğurlandığını bildirib. Klub X hesabının qaytarılması ilə bağlı fəaliyyətini davam etdirir. 


Xəbər xətti