"Yuventus"un futbolçusu Duqlas Luis soyğunçuların qurbanı olub.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin evinə oğrular girib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Hadisə iki gün əvvəl A Seriyasının 8-ci turunun "Yuventus" - "Latsio" matçı (1:0) zamanı baş verib. Oğrular 26 yaşlı futbolçunun 500 min avro dəyərində olan 11 saatını aparıb. Bundan başqa, Duqlas Luisin futbolçu olan həyat yoldaşı Alişa Lemana məxsus brilyant üzükləri də oğurlanıb.
İtaliya polisi oğurluq hadisəsi ilə bağlı araşdırma başladıb.
Qeyd edək ki, "Yuventus" Duqlas Luisi mövsümün əvvəlində "Aston Villa"dan 51,5 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi