İtaliyanın "Napoli" klubu Xviça Kvaratsxeliyanı uzun müddət komandada saxlamaq istəyir.
Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, Neapol təmsilçisi gürcü vingerə yeni müqavilə təklif edib. Lakin futbolçu klubun təklifi ilə razılaşmır.
"Napoli" Xviçaya illik 6 milyon avro maaş və əlavə bonsular ödəməyə hazırdır. 23 yaşlı ön xətt oyunçusunun tələbi isə 8 milyon avro maaşdır.
klub futbolçuya bu maaşı ödəmək niyyətində deyil. Tərəflər anlaşa bilməsə, A Seriyasının lideri Gürcüstan millisinin üzvünü satmağa çalışacaq.
Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı 2022-ci ilin yayında batumi "Dinamo"sundan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klbula sözləşməsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi