İtaliya milli komandasının sabiq müdafiəçisi Leonardo Bonuççi məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu İtaliyanın U-20 milli komandasında çalışacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bonuççi U-20-nin baş məşqçisi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Leonardo Bonuççi bu ilin yayında karyerasını bitirib. O, İtaliya millisinin heyətində ən çox oyun keçirən futbolçudur. Avro-2020-nin qalibi olmuş müdafiəçi yığmada 121 matçda iştirak edib.
saytlarin hazirlanmasi