"Çelsi" futbolçusu Ben Çilveli "Borussiya"ya təklif edib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, London klubu ingilis müdafiəçinin bu yay "Borussiya"ya icarəyə yollanmasına icazə verib.
Lakin almanlar sonradan bu transferdən imtina edib. Bu mövsüm Çilvel yalnız bir matçda, İngiltərə Liqa Kubokunda "Barrou" ilə (5:0) görüşdə iştirak edib.
2021-ci ildən bəri futbolçu çoxsaylı zədələr aldığından 100 rəsmi matçı buraxmalı olub. Dortmund təmsilçisi qış "transfer pəncərəsi"ndə sol cinah müdafiəçisini heyətinə qatmaq üçün yenidən addım atacaq.
Qeyd edək ki, Ben yayda "Başakşehir"ə keçməkdən imtina etmişdi.
saytlarin hazirlanmasi