İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi qapıçı Mattia Perinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiper 2027-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.
Qeyd edək ki, "Yuventus" Mattia Perini 2018-ci ilin yayında "Cenoa"dan transfer edib. İtaliyalı qapıçı bu mövsüm "qoca sinyora"nın heyətində 4 rəsmi matçda meydana çıxıb və qapısında 2 qol görüb.
saytlarin hazirlanmasi