Azərbaycan millisi Portuqaliya ilə qarşılaşır

09:49 - 25 Oktyabr 2024

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, görüş Bakıda keçiriləcək.

Komandalar arasında cavab matçı oktyabrın 29-da Portuqaliyada baş tutacaq. 

Avropa çempionatı. Pley-off mərhələsi

16:00 Azərbaycan - Portuqaliya

Baş hakim: Fabien Mişel (Almaniya).
Baş hakimin köməkçiləri: Melissa Cos (Almaniya), Amina Sara Qutsçi (Avstriya).
Dördüncü hakim: Karolina Vaker (Almaniya).
VAR hakimləri: Katrin Rafalski, Yohann Pfeyfer (hər ikisi Almaniya).
Hakim-inspektor: Blajenka Loqaruşiç (Xorvatiya).
UEFA nümayəndəsi: Sanya Boşanaç Perişiç (Monteneqro).

"Liv Bona Dea Arena"

Xəbər xətti