Qadın futbol üzrə Portuqaliya yığmasının müdafiəçisi Ana Seysa AVRO-2025-in seçmə mərhələsinin pley-off mərhələsinin 1-ci turunda bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Seysa millimiz barədə bunları deyib:
“Azərbaycanla oyundan qabaq bizim böyük arzumuz və inamımız var. Biz həmişə rəqiblərimizə hörmət edirik. Azərbaycan yaxşı rəqibdir. Bu mərhələni keçmək üçün yaxşı hazırlaşmaq lazımdır. Bizim motivasiyamız Avropa çempionatına çıxmaqdır”.
Azərbaycan – Portuqaliya görüşü bu gün Bakıdakı "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq. Cavab oyunu oktyabrın 29-da Portuqaliyanın Visela şəhərində keçiriləcək.