Almaniya mətbuatı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Nürnberq"in heyətində Almaniya 2-ci Bundesliqasının 9-cu turunun “Qroyter”lə oyununda (4:0) vurduğu qoldan və həmin qolu bayram etməsindən yazıb.
Sportal.az xəbər verir ki, "Bild" nəşri Emrelinin vurduğu qolu Miroslav Kloze ilə qeyd etməsini bu cür şərh edib:
"Qroyter"lə derbidə ilk qoldan sonra Mahir Emreli baş məşqçi Miroslav Klozeni qucaqladı. Məhz o zaman dünya çempionatının bombardiri son bir neçə həftə ərzində təzyiq altında olduğunu hiss etdi. Emrelinin bu hərəkətindən sonra Klozenin azca göz yaşları da göründü. Bu məqam ona sanki toxunmuşdu. Oyun ərzində baş verən tək qucaqlaşma səhnəsi o deyildi. Klozenin komandasındakı qalan oyunçular da bu möhtəşəm qələbə ilə məşqçilərini xüsusi şərəfləndirdilər".
Millimizin forvardının özü də Almaniya mətbuatına açıqlamasına bunları deyib: "Düzünü desəm, sadəcə ehtiyat oyunçular skamyasına qaçırdım, sadəcə yoruldum və həmin anda Klozeni görüb onu qucaqladım. O an hamımız çox xoşbəxt idik, çünki bir-birimiz üçün çalışırıq və mübarizə aparırıq. Fərqi yoxdur, menecer, rəhbər və ya oyunçu, biz son həftələrdə həmrəy olmağa çalışdıq".