Premyer Liqa klubu Qara Qarayevi istədi, maliyyə şərtlərinə görə keçid alınmadı

19:23 - 25 Oktyabr 2024

Ötən ay "Neftçi"dən ayrılan Qara Qarayev hələ də özünə yeni komanda tapmayıb. 

Sportal.az saytına verilən məlumata görə, 32 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan komandalar var.

Öncə "Sabah", "Zirə", daha sonra isə "Turan Tovuz"la adı hallanan Qarayevə daha bir təklif Premyer Liqanın digər klubundan gəlib.

Belə ki, "Araz-Naxçıvan" Qaranı komandaya cəlb etmək istəsə də, maliyyə şərtlərinə görə keçid reallaşmayıb.

Qış "transfer pəncərəsi" zamanı millimizin sabiq üzvünün hansı komandaya keçəcəyi dəqiqləşəcək.

Xəbər xətti