"Mançester Yunayted"in müdafiəçisi Leni Yoronun məşqlərə qayıdacağı tarix bəlli olub.
Sportal.az xəbər verir ki, avqustun əvvəlində zədələnmiş fransalı ən yaxşı halda noyabrda məşqləri bərpa edəcək.
Onun noyabrın 24-də “İpsviç”lə görüşə qədər tam sağalacağı gözlənilir.
18 yaşlı futbolçu bu il “Lill”dən “Mançester Yunayted”ə keçib.