Xavi Mançester təmsilçisini çalışdırmaq istəmədi

20:46 - 27 Oktyabr 2024

"Barselona"nın sabiq baş məşqçisi Xavi "Mançester Yunayted" və ya Qətər millisində işləmək niyyətində deyil. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, həm "Mançester Yunayted", həm də Qətər Futbol Federasiyasının rəsmiləri son aylarda ispaniyalı ilə iki dəfə görüşüb.

Lakin Xavinin hər iki təklifdən imtina etdiyi iddia olunur. 

O, Qətər millisini də çalışdırmaq istəməyib.

Xavinin mövsümün sonuna qədər dincəlmək istəyində olduğu qeyd edilir.

44 yaşlı mütəxəssis “Əl-Sədd” və “Barselona”da işləyib.
 

Xəbər xətti