Gürcüstan millisinin və “Uotford”un yarımmüdafiəçisi Giorgi Çakvetadze komandasını dəyişə bilər.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, gürcü futbolçu “Vulverhempton”a keçməyə hazırlaşır. Premyer Liqa təmsilçisi Çakvetadze üçün 20 milyon avro ödəməyə hazırdır. 25 yaşlı futbolçu hazırda “Uotford”un heyətində Çempionşipdə oynayır.
Amma gürcü Premyer Liqada oynamaq niyyətindədir. Çakvetadze “Dinamo”(Tbilisi), “Gent”, “Hamburq”, “Slovan”(Bratislava) komandalarında oynayıb. Onun “Uotford”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi