"Mançester Siti" müdafiəçi Yoşko Qvardiolu uzun müddət komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi xorvatiyalı futbolçuya yeni müqavilə təklif edəcək. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.
"Şəhərlilər" 22 yaşlı sol cinah müdafiəçisi üçün həftəlik 150 min funt-sterlinq maaş olan yeni sözləşmə hazırlayıb.
Qeyd edək ki, "Mançester Siti" Yoşko Qvardiolu ötən ilin yayında "Leypziq"dən transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm Mançester təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub. Onun klubla hazırki müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına kimidir.
saytlarin hazirlanmasi