A Seriyasının 9-cu turunda səfərdə "Fiorentina"ya 1:5 hesabı ilə uduzan "Roma" baş məşqçi İvan Yuriçlə yollarını ayıra bilər.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi xorvatiyalı mütəxəssisin işindən razı deyil. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Roma"nın yeni baş məşqçisi postuna əsas namizəd də bəllidir. "Canavarlar" 40 gün öncə istefaya göndərdiyi Daniele De Rossini yenidən komandanın "sükan"ı arxasına gətirmək istəyir. 41 yaşlı mütəxəssis özü də "Roma"ya qayıtmağa isti yanaşır.
Qeyd edək ki, "Roma" İvan Yuriçin rəhbərliyi alında keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə isə məğlub olub.
saytlarin hazirlanmasi