Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan kapitan Vircil van Deyk açıqlama verib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi ilə hələ ki, yeni sözləşmə imzalamayan 33 yaşlı mərkəz müdafiəçisi gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verəcəyini bildirib:
"Gəlin mövsümün sonunda nə baş verəcəyini gözləyək. Futbodan həzz alıram. Özümü fiziki və əqli cəhətdən çox yaxşı hiss edirəm. Olmaq istədiyim yerdəyəm, başqa heç nə deyə bilmərəm. Sadəcə oyundan həzz almağa davam etmək istəyirəm".
Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yanvar ayında "Sauthempton"dan transfer edib. Niderlandlı futbolçu bu mövsüm Premyer Liqa klubunun heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi