Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Sportal.az xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Türkiyə yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində bu futbolçular çıxış ediblər: Bilal Hacıyev, Mehdi İsmayılov, Vaqif Nəbiyev, Uğur Qurbanlı (K), Roman Fərzəli, Tunar Bayramov (Vaqif Məmmədli, 58), Tunar Əsgərzadə (Yusif Orucəliyev, 58), Nihad Hüseynzadə (Mirzə Məmmədli, 84), Ömər Kosayev (Rəvan Məmmədov, 78), Əli Bəşirov, Ruslan Əbilov (Cavidan Əlizadə, 46).
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 31-də keçiriləcək.
saytlarin hazirlanmasi