"Fakel"in qapıçısı: "Azərbaycan millisində oynamağımla bağlı söz-söhbətlər var idi"

13:34 - 29 Oktyabr 2024

Rusiyanın "Fakel” klubunun qapıçısı Vitali Qudiev Azərbaycan milli komandasında oynaya bilərmiş.

Sportal.az xəbər verir ki, bu barədə qolkiper özü Rusiya mətbuatına danışıb.

“Sport-Ekpsress”ə açıqlama verən Qudiyev məsələ haqda bunları deyib: “Rusiya millisində oynamaq alınmasa, Azərbaycan variantını nəzərdən keçirəcəm? Azərbaycan yığmasında oynamağımla bağlı bəzi söz-söhbətlər var idi. Amma yox, mən Rusiyada irəliləmək istəyirdim. Prioritet Rusiya millisidir”.

Xatırladaq ki, Vitalinin atası Kazimir Qudiyev Azərbaycan millisininin qapısını qoruyub və 3 oyun keçirib. 29 yaşlı futbolçu “Alaniya”, “Axmat”, “Ximki”də oynayıb.

Xəbər xətti