Millimizin Bosniya və Herseqovina oyunları üçün heyəti açıqlandı

11:34 - 30 Oktyabr 2024

Azərbaycanın futzal millisinin Bosniya və Herseqovinaya qarşı keçirəcəyi yoldaşlıq matçları üçün heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, bu bərədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Millimizin baş məşqçisi Vitali Borisov 14 futzalçını yığmaya dəvət edib: 

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire")

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19)

Qeyd edək ki, yığma noyabrın 3-dən 6-dək sözügedən ölkədə təlim-məşq toplanışında olacaq. Yoldaşlıq matçları noyabrın 4-də və 5-də keçiriləcək.

Xəbər xətti