"Roma" italiyalı mütəxəssis Klaudio Ranyerini komandanın baş məşqçi postuna dəvət edə bilər.
Sportal.az xəbər verir ki, bu barədə “Il Corriere dello Sport” məlumat yayıb.
73 yaşlı məşqçi veterana mövsümün sonuna qədər müvəqqəti seçim kimi baxılır. Bundan sonra ona texniki direktor vəzifəsi təklif olunacaq.
"Canavarlar"ın rəhbərliyi mövsüm ərzində ikinci məşqçisini işdən çıxara bilər. Daniele De Rossi nəticələrə görə postundan göndərilibsə, İvan Yuriç paltardəyişmə otağında Canluka Mançini ilə dava etdiyi üçün işindən uzaqlaşdırılacaq.Ranyeri bundan əvvəl iki dəfə “Roma”ya başçılıq edib: 2009-2011 və 2019-cu illərdə.
saytlarin hazirlanmasi