"Qızıl Top" mükafatının səsverməsində 7-ci yeri tutan "İnter"in hücumçusu Lautaro Martines açıqlama verib.
Sportal.az xəbər verir ki, Argentina millisinin üzvü daha yüksək yerlərdə olmalı olduğunu bildirib:
"Erlinq Haaland, Harri Keyn, Kilian Mbappe və Robert Levandovskini qısqanmıram. Mən də onlarla eyni səviyyədəyəm. Məndən üstün deyillər. "Qızıl Top" səsverməsində 7-ci yerdən daha yuxarı pillədə olmağa layiq idim".
Qeyd edək ki, bu il "Qızıl Top" mükafatını "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.
saytlarin hazirlanmasi