UEFA Azərbaycan millisinin rəqibini cərimələdi

10:22 - 3 Noyabr 2024

UEFA Millətlər Liqasının C1 qrupunun 3-cü turunun Azərbaycan millisi ilə Tallində keçirilən oyunda (3:1) Estoniya Futbol İttifaqını (EFU) müxtəlif qayda pozuntularına görə cərimələyib.

Sportal.az yerli federasiyaya istinadən xəbər verir ki, Estoniya Futbol Federasiyası matç zamanı ev sahibi azarkeşlərinin meydana yad əşyalar atması səbəbindən ümumilikdə 4875 avro (9000 manatdan çox) ödəyəcək.

Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra xalsızdır və sonuncu pillədəd qərarlaşıb.

Millimiz noyabrın 16-da 5-ci turda Estoniyanı qəbul edəcək. Görüş Qəbələdə keçiriləcək.

Xəbər xətti