İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Nottingem Forest"i çalışdıran Nuno Eşpirito Santo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin komandasını oktyabr ayında İngiltərə çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
Qeyd edək ki, Premyer Liqada ötən ayın ən yaxşı oyunçusu da "Nottingem Forest"dən Kris Vud seçilib.
saytlarin hazirlanmasi