Azərbaycan millisi İrlandiyaya uduzdu

09:18 - 22 Noyabr 2024

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsində A qrupunda üçüncü oyununu keçirib.

Sportal.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv İrlandiyanın qonağı olub. Matç irlandların qələbəsi ilə yekunlaşıb.

İrlandiya – Azərbaycan 91:67 (25:12, 23:13, 23:20, 20:22)

Azərbaycan millisi: Kamran Məmmədov (8 xal), Cordan Devis (25), Ulaş Turqut (5), Orxan Aydın (10), Sadettin Donat (4), Amil Həmzəyev (3), Zaur Paşayev (6), Şirzad Şirzadov ( 4), Əkbər Məmmədov (2), Elşad Şirzadov, Ercan Donat, Cəbrayıl Əkbərov.

Xatırladaq ki, milli startda İsveçrəyə uduzub (53:72), daha sonra Kosovoya qalib gəlmişdi (87:77).

Xəbər xətti