Rusiya millisinin baş məşqçisi: "Azərbaycanı fərqləndirən cəhətlərdən biri heyətin sabitliyidir"

13:22 - 25 Noyabr 2024

Rusiyanın qadınlardan ibarət futbol komandasının baş məşqçisi Yuri Krasnojan Soçidə Azərbaycan yığması ilə keçiriləcək iki yoldaşlıq oyunu (noyabrın 28-i və dekabrın 2-si) haqda fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis millimizin səviyyəsindən də söhbət açıb:

"Təlim-məşq toplanışı çərçivəsində maraqlı və inkişaf edən Azərbaycanla iki oyun nəzərdə tutulub. Milli komandanın heyətində əsasən Rusiya və Türkiyədə legioner həyatı yaşayan futbolçular çıxış edir. Baş məşqçi və bir sıra futbolçular “Neftçi”ni təmsil edir. Azərbaycan millisini fərqləndirən cəhətlərdən biri də heyətin sabitliyidir. 2021-ci ildən, yəni 2023-cü il dünya çempionatının seçmə turniri çərçivəsində görüşlərimiz baş tutduğundan, rəqiblərin heyəti demək olar ki, dəyişməz qalıb. Komanda işi, beynəlxalq matçlarda toplanmış təcrübə, liderlərin yaxşı texniki təchizatı, kombinasiyalı oynamaq bacarığı, sürətli hücumlar təşkil etmək, rəqibdən oynamaq bacarığı - bütün bunlar Azərbaycan qadınlarının Millətlər Liqasında yüksəlməsinə imkan verdi. 2023/2024 mövsümündə C divizionundan B divizionuna doğru getdi. Doğrudur, uzun müddət deyildi, amma yenə də uğurdur. Qarşıda iki maraqlı oyun var, onlardan biri DÇ-2018 stadionu olan “Fişt”də baş tutacaq".
 

Xəbər xətti