Kvaratsxeliya qərarını verdi - illik 6 milyon avro maaş alacaq

10:47 - 10 Dekabr 2024

Xviça Kvaratsxeliya "Napoli"də qalacaq.

Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, ona bir çox klubdan təklif gəlsə də, Neapol təmsilçisi gürcünü razı sala bilib. Belə ki, Kvaratsxeliya 2029-cu ilə “Napoli”də qalıb. Onun hazırkı müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Yeni müqaviləyə əsasən, klub rəhbərliyi Kvaratsxeliyanın maaşını bonuslar nəzərə alınmaqla illik 4,6 milyon avrodan 6 milyona yüksəldəcək.

23 yaşlı yarımmüdafiəçi "Dinamo"(Tbilisi), "Rustavi", "Lokomotiv"(Moskva), "Rubin", "Dinamo"(Batumi) klublarında oynadıqdan sonra 2022-ci ildə "Napoli"yə keçmişdi.

Xəbər xətti