Alessandro Nesta ilə yollar ayrıldı - RƏSMİ

19:37 - 23 Dekabr 2024

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Montsa" Alessandro Nesta ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Alessandro Nesta bu ilin yayında "Montsa"nın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasının 17-ci turunda doğma meydanda "Yuventus"a 1:2 hesabı ilə məğlub olub. Komanda ölkə çempionatında 10 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Xəbər xətti