Fatih Terim "Fənərbaxça"nın futbolçusunu Səudiyyə Ərəbistanına aparır

15:50 - 2 Yanvar 2025

"Əl-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.

Sportal.az xəbər verir ki, türk mütəxəssis "Fənərbaxça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger təklifə isti yanaşır.

"Fənərbaxça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.

Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə yaxda qalmayıb.

Xəbər xətti