"Barselona"nın braziliyalı hücumameyilli yarımmüdafiəçisi Rafinya kataloniyalılardan razı olduğu üçün klubu dəyişmək barədə düşünmədiyini deyib.
Sportal.az “Barca Universal”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistana yollanacağı iddia edilən Braziliya millisinin üzvü bununla da “Barsa”da qalacağına işarə vurub:
"Mən burada çox xoşbəxtəm. Bu klubun kapitan sarğısını daşımaq da qürur mənbəyidir".
Bu mövsüm cənubi amerikalı bütün turnirlərdə 29 oyun keçirib, 20 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir və onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.
saytlarin hazirlanmasi