"Olimpiakos"un futbolçusu İstanbul klubunda

14:32 - 11 Fevral 2025

Türkiyənin "Başakşehir" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Olimpiakos"dan İvan Brniçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İvan Brniç mövsüm əvvəlini icarə əsasında "Çelye" klubunda keçirib. 23 yaşlı futbolçu Sloveniya təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti