"Azərbaycan millisini daim izləyirəm. Sadəcə Braziliya və Azərbaycanın saat qurşağı fərqli olduğundan, oyunları daim izləmək bir az çətindir. Fernandu Santuşun da milliyə cəlb olunduğunu gördüm. Onun əvvəlki işlərinə də baxmışdım. Ümidvaram ki, hər şey daha da yaxşı olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq forvardı Leandro Qomeş deyib. Vaxtı ilə yığma komandamızın şərəfini qorumuş Qomeş hazırda Braziliyada məşqçi kimi çalışır.
O, öz oynadığı dövrdəki Azərbaycan millisi ilə indikini də müqayisə edib:
"Fikrimcə, indi Fernandu Santuş Azərbaycan millisini daha yaxından tanıdı, milli də təcrübə qazandı. Mənim vaxtımda Azərbaycanda oynayan gənc, yaxşı futbolçulardan ibarət yaxşı da komandaya sahib idik. Azərbaycan millisindəki yaxşı oyunları xatırlayıram. Evdə Finlandiyanı udmuşduq. Hansı ki, onlar çox səviyyəli kollektiv idi. Lakin evdə bu cür güclü rəqibi məğlub etmişdik. Bəli, daha yaxşı nəticələr də qazana bilərdik. Əminəm. Çünki yaxşı heyətimiz var idi. Biz çox yaxşı oyunlar keçirdik. Bugünkü seçim də düzgün yoldadır. Azərbaycan millisinin qarşıdakı görüşlərdə uğurlu nəticələr qazanacağına çox inanıram. Milliyə uğurlar arzulayıram".
Qomeş 2006-2009-cu illərdə Azərbaycan millisində 18 matça çıxıb və qol vurmayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi