Azərbaycana yığmasına qarşı matç haqda: "İlk dəqiqədən sona qədər oyuna nəzarət etdik"

10:49 - 19 Fevral 2025

Şimali İrlandiyanın (U-19) qadınlardan ibarət milli komandasının baş məşqçisi Qeyl Redmond B Liqasının təsnifat mərhələsinin 2-ci turunun açılış oyununda Tiranada (Albaniya) Azərbaycan yığması üzərində qazandıqları qələbəni (4:0) şərh edib.

Sportal.az xəbər verir ki, Şimali İrlandiya yığmasının çalışdırıcısı həmin oyunu bu cür danışıb:

"Oyundan razıyam. İlk dəqiqədən sona qədər oyuna nəzarət etdik, çoxlu qol şansları yaratdıq. İndi dincəlməli və bərpa olunmalı, növbəti oyuna hazırlaşmalıyıq ki, bu oyunda diqqətimizi hücumda daha effektiv oynamağa qoymalı olacağıq".

Xəbər xətti