Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Sportal.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kosovonun qonağı olacaq.
A qrupunda yer alan komandaların matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
Yığma komandamız üç gündən sonra isə Bakıda İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi