"Feyenoord" komandanın baş məşqçi postuna Niderland millisinin veteran forvardını gətirmək istəyir.
Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, rəhbərlik onunla razılıq əldə edib və mövsüm başa çatan kimi Robin Van Persi Rotterdam klubuna baş məşqçi təyin ediləcək.
"Mançester Yunayted", "Arsenal", "Fənərbaxça", "Feyenoord" klublarında oynamış Robin hazırda "Herenven"i çalışdırır.
41 yaşlı məşqçi futbolçu kimi yetirməsi olduğu klubun təklifini dəyərləndirəcək.O, əvvəllər "Feyenoord"un aşağı yaş qruplarında işləyib.
saytlarin hazirlanmasi