Azərbaycanın U-21 yığmasının yeni baş məşqçisi hələ ki bəlli deyil. Amma AFFA bu posta kimi dəvət edə biləcəyini artıq indidən dəqiqləşdirib.
Sportal.az saytına verilən məlumata görə, AFFA yığma komandamız üçün 4 məşqçinin namizədliyini irəli sürüb. Öncədən bəlli olduğu kimi, Ayxan Abbasovla yanaşı, daha 2 məşqçi U-21 yığmamıza namizəddir.
Onlar arasında Elmar Baxşıyev və Arif Əsədovun da adı var.
Bu həftə AFFA İcraiyyə Komitəsi keçiriləcək iclasda U-21 yığmasının baş məşqçi məsələsi haqda son qərarını verəcək.