Azərbaycan yığmasının baş məşqçi postu üçün daha 2 namizəd: AFFA hansı qərarı verəcək?

15:47 - 5 Mart 2025

Azərbaycanın U-21 yığmasının yeni baş məşqçisi hələ ki bəlli deyil. Amma AFFA bu posta kimi dəvət edə biləcəyini artıq indidən dəqiqləşdirib.

Sportal.az saytına verilən məlumata görə, AFFA yığma komandamız üçün 4 məşqçinin namizədliyini irəli sürüb. Öncədən bəlli olduğu kimi, Ayxan Abbasovla yanaşı, daha 2 məşqçi U-21 yığmamıza namizəddir. 

Onlar arasında Elmar Baxşıyev və Arif Əsədovun da adı var.

Bu həftə AFFA İcraiyyə Komitəsi keçiriləcək iclasda U-21 yığmasının baş məşqçi məsələsi haqda son qərarını verəcək. 
 

Xəbər xətti