Millimizin sabiq üzvü yeni komandasında debüt oyununa çıxdı

00:29 - 10 Mart 2025

Rusiya I liqasında 23-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "SKA -Xabarovsk"da forma geyinən azərbaycanlı 20 yaşlı futbolçu Sadıq Bagiev komandada ilk rəsmi matçına çıxıb. 69-cu dəqiqədə meydana daxil olan yarımmüdafiəçi komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. Onu da qeyd edək ki, "Sumqayıt"ın keçmiş futbolçusu Kamran Əliyev də çıxış etdiyi "SKA-Xabarovsk" bu qələbədən sonra 35 xalla 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Bagiev 2022-ci ildə Azərbaycanın U-19 yığmasına dəvət olunub və iki yoxlama matçında meydana çıxıb.

Xəbər xətti