Azərbaycan millisi Haiti və Belarus komandaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına start verib.
Sportal.az xəbər verir ki, Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxan millimiz Fernandu Santuşun rəhbərliyi altında 25 futbolçu ilə hazırlıq keçir.
Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra Bank Respublika Arenada Belarusla üz-üzə gələcək.
saytlarin hazirlanmasi