Alleqri yenidən "Milan"a qayıdır?

23:43 - 19 Mart 2025

Massimiliano Alleqri yenidən "Milan"da işləməyə hazırdır.

Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, kluba qayıtmaq variantı baş məşqçi üçün cəlbedici görünür. 57 yaşlı mütəxəssis hazırda Serjiu Konseysaunun sərəncamında olan heyəti "maraqlı" hesab edir. Bununla yanaşı, Alleqri üçün klubdakı rolunu və qarşıdakı illər üçün layihənin necə qurulacağını anlamaq vacibdir.

Qeyd olunur ki, bir neçə gün əvvəl Alleqri klubun baş direktoru Corco Furlani ilə telefon danışığı aparıb, lakin onlar "Milan"da işləmək mövzusunu müzakirə etməyiblər.

Alleqri 2010-2014-cü illərdə "rossoneriləri" çalışdırıb və komanda ilə İtaliya çempionluğu və Superkubokunu qazanıb.

Xəbər xətti