Avropa çempionatı: millimiz Uelslə qarşılaşır

12:39 - 22 Mart 2025

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz son görüşündə Uels yığması ilə üz-üzə gələcək.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.

22 mart

Uels (U-17) - Azərbaycan (U-17)
Elbasan Arena. Saat 15:00
Baş hakim: Igor Bosca (Moldova)
Baş hakimin köməkçiləri: Ghennadi Lisita (Moldova), Yannick Mentz (Lüksemburq)
Dördüncü hakim: Jérémy Muller (Lüksemburq)

Xəbər xətti