Azərbaycan millisinin üzvü Mahir Emreli Haitiyə 0:3 hesablı məğlubiyyətdən sonra "CBC Sport"a açıqlama verib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu dünənki görüşdə kifayət qədər qol epizodları yaratdıqlarını bildirib.
"100 faizlik qol şanslarımız da var idi. Sadəcə onları dəyərləndirə bilərdik. Futboldur da, olur. Erkən buraxdığımız qol planlarımıza təsir etdi. Rəqibi yaxı analiz etmişdik. Hesabda geri düşdüyümüzə görə, hücuma atıldıq. Evdə oynadığımız üçün rəqibə təzyiq göstərmək istəyirdik. Lakin müdafiədə boşluqlara yol verdik və fərqlənə biləcəyimiz anda qol buraxdıq. Yoldaşlıq matçı olduğunu anlamalıyıq. Fernandu Santuş da bəzi metodları sınaqdan keçirirdi. Yeni futbolçular da var idi. Gənc futbolçuların özü üçün də yeni təcrübə idi. Çoxusu əlindən gələni etdi. Ramazan ayında oynayırıq. Oyunçular oruc tutmalarına baxmayaraq maksimumlarını verə bilirlər. Səhvlərimizi analiz etməli və Belarusla görüşə doğru şəkildə hazırlaşmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq".
O, matçdan sonra Fernandu Santuşla qısa dialoqundan da bəhs edib. Bununla yanaşı, "Nürnberq"dəki karyerasına münasibət bildirib: "Fernandu Santuş mənə yaxşı oynadığımı dedi. Özümü harada daha yaxşı hiss etməyimlə bağlı qısa danışığımız oldu. "Nürnberq"dəki vəziyyətə gəlincə, bu barədə yəqin ki, bir gün danışaram. Hər halda, bunun yayda olacağını düşünürəm. Bircə onu deyim ki, danışılanların çoxu doğru deyil. Klubumda hər şey normaldır. Deyilən kimi deyil. Futbolla bağlı problem deyil. Tamam başqa məsələ idi. Bu da normaldır. Futbol bir az biznesə də çevrilib. Sadəcə, sakitliyimi qoruyacağam və yaya kimi dözəcəyəm. Ondan sonra qərarımızı verəcəyik".
saytlarin hazirlanmasi