"Qalatasaray"la "Beşiktaş"ın transfer mübarizəsi

14:17 - 24 Mart 2025

"Tottenhem"in müdafiəçisi Serxio Reqilon karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, İstanbulun iki klubu ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Estadio Deportivo" məlumat yayıb.

"Qalatasaray" və "Beşiktaş" Reqilonun xidmətində maraqlıdır. 28 yaşlı sol cinah müdafiəçisinin "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatır. Türkiyə klubları bundan yararlanaraq yayda azad agent statusunda olacaq təcrübəli oyunçunu heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Tottenhem" Serxio Reqilonu 2020-ci ilin sentyabr ayında "Real"dan transfer edib. İspaniya millisinin sabiq üzvü bu mövsüm London təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti