Belarus millisinin üzvü Azərbaycanla görüş haqda: "Hamı xoşbəxtdir"

13:47 - 27 Mart 2025

Belarus millisinin hücumçusu Vitali Lisakoviç Azərbaycanla yoldaşlıq görüşünü (2:0) şərh edib. 

Sportal.az xəbər verir ki, “sport5.by” portalına danışan 27 yaşlı futbolçu Bakıdakə qalibiyyət haqda bunları deyib:

"Ölkəmi qələbə münasibətilə təbrik etmək istəyirəm! Belə stadion, belə meydan olanda birləşmək, əlaqələr qurmaq imkanı yaranır. Mən bundan hədsiz həzz alıram! Bu il millidə ikinci oyunumu keçirdim. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq. Hamı xoşbəxtdir, hamı razıdır. İki oyunda iki qələbə qazandıq. Daha çox qol vura bilərdik, amma əsas odur ki, qalib gəldik və bunun özü də yaxşıdır. İki oyunu da bəyəndim, zövq aldım".

Qeyd edək ki, Lisakoviç Azərbaycana qarşı görüşdə meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib.

Xəbər xətti