"Sassuolo" növbəti mövsüm üçün A Seriyasına vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, bu klub növbəti mövsüm yenidən İtaliyanın əsas liqasında iştirak edəcək. Fabio Qrossonun rəhbərliyi altında 33 turdan sonra 75 xal toplayan “qara-yaşıllar” B Seriyasının turnir cədvəlinə inamla başçılıq edir.
Çempionatın sonuna beş matç qalıb və həmin oyunlarda uğursuzluq olsa belə, “Sassuolo” ikinci pillədən aşağı düşməyəcək.
Xatırladaq ki, ötən mövsüm “Sassuolo” A Seriyasını 19-cu pillədə başa vuraraq tərk edib.
saytlarin hazirlanmasi