İtaliya klubu üçün yeni stadion inşa ediləcək

09:22 - 20 Aprel 2025

İtaliya A seriyasında mübarizə aparan "Venetsiya" üçün yeni stadion inşa ediləcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 2027-ci ilin aprel-may aylarında Venetsiya şəhəri 18500 nəfərlik yeni çoxfunksiyalı stadiona sahib olacaq. 

Konsertlərin də keçiriləcəyi nəzərə alınsa, tutum 25 minə çatdırıla bilər. Stadion Tessera ərazisində tikiləcək. Arena yerli bələdiyyəyə məxsus olacaq və 92 milyon 300 min avroya başa gələcək.

Tikintinin özünə bu ilin iyul ayında start veriləcək. "Venetsiya" klubu da rəqiblərini məhz bu stadionda qəbul edəcək.

İtaliya təmsilçisi hazırda 1913-cü ildə inşa edilmiş “Pyerluici Penzo” stadionunda oynayır. 

Xəbər xətti