"Mançester Yunayted"in əsas futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırlaşır

13:22 - 6 May 2025

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanına yollanmaq ehtimalına sahibdir.

Sportal.az “Al-Riyadh”a istinadən xəbər verir ki ,portuqaliyalı futbolçuya “Əl-Hilal” maraq göstərir. Klub Brunonun agenti ilə danışığa start verib və futbolçu üçün 3 illik müqavilə irəli sürüb. “Əl-Hilal” yarımmüdafiəçinin istənilən maliyyə istəyini təmin etməyə hazırdır.

Tərəflər razılığa gələ bilsə, Səudiyyə Ərəbistanı təmsilçisi “Mançester Yunayted”ə rəsmi təklif göndərəcək.

Fernandes bu mövsüm "Mançester Yunayted"in heyətində 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.

Xəbər xətti