"Atletiko" argentinalı futbolçu ilə razılığa gəldi - RƏSMİ

23:57 - 15 İyul 2025

Tiaqo Almada Madrid "Atletiko"suna keçir.

Sportal.az xəbər verir ki, Madrid klubu "Botafoqo" ilə yarımmüdafiəçinin transferi barədə razılığa gəldiyini və futbolçunun tibbi müayinədən sonra müqavilə imzalayacağını açıqlayıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, "Atletiko" Almadanın transfer dəyəri 40 milyon avro olan hüquqlarının bir hissəsini satın alacaq.

Qeyd edək ki, argentinalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirib. 24 yaşlı yarımmüdafiəçi Liqa 1-də 16 oyuna çıxaraq 1 qol və 4 assistlə yadda qalıb.

Xəbər xətti