21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə səfərdə, Bolqarıstan seçməsi ilə evdə keçirəcəyi oyunun heyəti müəyyənləşib.
Sportal.az xəbər verir ki, sentyabrın 1-də təlim-məşq toplanışına yığışacaq U-21 sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. B qrupunda yer alan komandamız sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcək.
U-21-ə dəvət edilən futbolçuların adlarını diqqətinizə çatdırırıq:
| Nr. | Adı / Soyadı | Klub | 
| 1 | Rəvan Mirzəmmədov | Sabah | 
| 2 | Xəyal Fərzullayev | Sumqayıt | 
| 3 | Səlim Həşimov | Şamaxı | 
| 4 | İbrahim Ramazanov | Turan Tovuz | 
| 5 | Elgün Dünyamalıyev | Sabah | 
| 6 | Raul Məmmədov | Kəpəz | 
| 7 | Nadir Orucov | Sumqayıt | 
| 8 | Emin Rüstəmov | Səbail | 
| 9 | Ayxan Süleymanlı | Sumqayıt | 
| 10 | Sənan Muradlı | Şamaxı | 
| 11 | Rüfət Abbasov | Şamaxı | 
| 12 | Nihad Əhmədzadə | Sumqayıt | 
| 13 | Eşqin Əhmədov | Qəbələ | 
| 14 | Əkbər Eyubov | Zirə | 
| 15 | Hikmət Cəbrayılzadə | Qarabağ | 
| 16 | Murad Məmmədov | Neftçi | 
| 17 | Edqar Adilxanov | Şamaxı | 
| 18 | Emil Süleymanov | Şamaxı | 
| 19 | Oruc Məmmədov | Şamaxı | 
| 20 | Elcan Əbilov | Kəpəz | 
| 21 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) | 
| 22 | Nahid Əliyev | Şəfa | 
| 23 | Ağadadaş Salyanskiy | Neftçi | 
| 24 | Sadiq Şəfiyev | Turan Tovuz | 
 
      
                    