Argentina millisinin üzvü "Çelsi"də - RƏSMİ

18:53 - 1 Sentyabr 2025

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brayton"dan Fakundo Buonanotteni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin üzvü 2025/2026 mövsümünü icarə əsasında "Çelsi"nin heyətində keçirəcək.

Qeyd edək ki, "Brayton" Facundo Buonanotteni 2023-cü ilin yanvar ayında "Rozario Sentral"dan transfer edib. 20 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm icarə əsasında "Lester Siti"də çıxış edib. Gənc futbolçu "tülkülər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti