PSJ-nin futbolçusu Marko Asensio karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Fənərbaxça l" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul nəhəngi Asensio üçün Fransa klubuna 7,5 milyon avro təzminat ödəyəcək. 29 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Asensio ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib.
saytlarin hazirlanmasi